Total Pageviews

Monday, August 12, 2013

TANAP ⇒ TAP ⇒ Avropanın Enerji idxalının Diversifikasiyasının Yeni Dövrü

       

         Avropa
 Birliyi və Azərbaycan : TANAP və TAP layihələri






 TANAP ( Trans Anatolian Pipeline) və TAP (Trans Adriatic Pipeline) enerji layihələri istehsalçı ölkələr tərəfindən təklif olunan enerji layihələrdir. TANAP layihəsi Şahdəniz yatağından çıxırılan qazın  Türkiyə  qərb sərhədlərinə qədər, TAP isə Yunanıstandan başlamaqla  Albaniyadan   və İtaliyanın cənubuna kimi nəqlini təmin edən layihələrdir. İstehsalçı ölkələrin TANAP layihəsinin ümumi büdcəsi 7 mlrd olacaqdır. Layihənin 80%-i ARDNŞ, 15%- i BOTAŞ, 5%-i isə TPOA konsorsimumuna məxsusdur. İdxalçı ölkələrin layihəsi TAP layihəsini İsveçrənin Akspo, Norveçin Statoyl, Almaniyanın Ruhrgas, sonradan Birləşmik Krallıqların BP, Fransanın Total  və Belçikanın Fluksis şirkətləri tərəfindən malliyələşdirilməsi planlaşdırılır. Bu layihələrlə bağlı maraqlı məqam ondan ibarətdir ki, idxalçı ölkələrin irəli sürdüyü digər layihə Nabukko layihəsi həm siyasi, həm də iqtisadi təzyiqlərə görə iflasa uğradı. Bəzi siyasi ekspertlərin bunu Rusiyanın təzyiqləri ilə əlaqələndirsə də, lakin burada digər məqamlar var:


 Mövcud iqtasadi böhran nəticəsində Yunanıstan və İtaliyada iqtisadi geriləmə və işsizlərin sayının durmadan artması müşahidə olunur. Yunanıstanın Ümumi Daxili Məhsulundan 2013-cü ildə 6%, İtaliyada isə 7% olmuşdur. Yunanıstandan işsizlik 2013-cü ilin mart ayına 26.8%, İtaliyada isə 2010-cu illə müqayisədə təqribən 2% artaraq 11.40% olmuşdur. Hazırda İtaliyada böhranın qarşısının alınması üçün geniş islahatlar aparılır. Bəzi ekspertlər qeyd edirlər ki, İtaliya böhrandan artıq çıxmışdır və ÜMM defisit 2%-ə enmişdir. Amma bu inandırıcı deyil. Çünki   Avropa Birliyinin gələcək taleyi, böhrandan daha çox əziyyət çəkən Yunanıstan, İtaliya kimi dövlətlərin iqtisadi stabilliyinin bərpası və işsizliyin aradan qaldırılması ilə müəyyən olunacaq. Bu baxımdan TANAP və TAP layihələri Avropa Birliyi ölkələrinin də maraqlarını da əks etdirir.  Burada əsas məqsəd Avropa Birliyinin böhran üçün ən həssas olan ölkələrin iqtisadiyyatlarını bərpa etməyə şərait yaratmaqdır. Bu da prinsip etibarı ilə Avropa Birliyi dövlətlərindən ayrılan pul hesabına deyil, xarici investiyalar, xüsusilə də, iqtisadi inkişafın əsas dayaqlarından enerji layihələri hesabına  təmin ediləcəkdir.  Eyni zamanda bir çox iqtisadi problemlərin həllini özündə ehtiva edəcəkdir. İlk növbədə İtaliya, Yunanıstan və iqtisadi cəhətdən az inkişaf etmiş Albaniyada dərinləşən iqtisadi və siyasi böhranın qarşısını almaqla yanaşı enerji resurları ilə çalışan şirkətlərin genişlənməsinə, daxili bazarda baha başa gələn qazın qiymətinin aşağı salınmasına gətirib çıxaracaqdır.

   Digər tərəfdən layihənin icraçı enerji şirkətlərinin ölkələrinin Norveç, Almaniya, İsveçrə, sonrada Birləşmiş Krallıqlar, Fransa və Belçikadan olması məsələnin əhəmiyyətini daha artırır. Azərbaycan qazının sonuncu idxalçı ölkəsinin İtaliya və Yunanıstan yox, Cənubi, Qərbi və Şimali Avropanı da əhatə edəcəyi aşkardır. Yunanıstan, Albaniya və İtaliya bu böyük layihədə əsas rolu tranzit ölkə olmaqlarıdır. Artıq Belçikadan olan Fluksis şirkətinin İtaliyanın şimalında İtaliya, İsveçrə, Fransa və Almaniyanı birləşdirən Tranzitqaz və TENP  qaz kəmərlərinin mövcudluğunu Şahdəniz  və gələcəkdə Türkmənistan  qazın əsas idxalçı dövlətlərinin hansı ölkələrin olacağına müəyyən etmək o qədər çətin deyildir. Həmçinin bu kəmər Avropa bazarlarına daha təhlükəsiz və qısa yol hesab olunur.

 TAP layihəsi 791 km olmaqla 1315 km olan Nabukko ilə müqayisədə  524 km az olmaqla yanaşı,  daha ucuz başa gələcək. Kəmərin 478 km-i Yunanıstandan, 105 km-i Albaniyadan, İtaliyanı isə 45 km sahildən kənar, 5 km isə sahilyanı əraziləri əhatə edəcəkdir. Trans Adriatik Qaz Kəmərinin Nabucco üçün nəzərdə tutulmuş xərclər təqribən 7.9 mlrd avro, Nabukko layihəsindən təqribən  1.5 mlrd avro olmaqla Nabukko layihəsindən  5 dəfə ucuz baş gəlir.  Eyni zamanda, istehsalçı və idxalçı dövlətlərin də tam maraqlarına xidmət edəcəkdir. Belə ki, Azərbaycan öz qazını münasib qiymətə satmaqla yanaşı, yuxarıda sözü gedən ölkələrə  baha satılan qazın daha ucuz qiymətə nəqlini həyata keçirmiş olacaq. Bununla TAP layihəsinin həyata keçməsi ilə Rusiyadan və Əlcəzairdan qaz təhcizatındakı asıllıq əhəmiyyətli dərəcədə azalacaq. Bundan həmçinin Sloveniya, Çexiya və digər mərkəzi avropa dövlətləri də yararlanacaq. Təkcə enerji qıtlığı və ya çox bahalı olması səbəbindən "Şkoda" şirkətinin istehsalatı bir neçə günlük dayandırması ilə nəticələnmişdir. Bu da şirkətə milyon dollarla ziyan vurmuşdur. Bu aqibətlə Sloveniyanın bir neçə şirkətləri də üzləşmişdi. İlin qış vaxtlarında bundan ən çox əhali əziyyət çəkir. Trans Adriatik Layihəsi bu kimi digər problemləri və ola biləcək böhranların qarşısını alacaqdır. Səmərəlliklə yanaşı geosiyasi aspektləri nəzərə almamaq qeyri-mümkündür.

 Məlumdur ki, Nabukko layihəsi 2008-2009-cu illərdə Ukrayna-Rusiya arasında yaranan qaz böhranından sonra da daha da aktuallaşdı. Nəticədə, Nabukko layihəsinin reallaşdırılması naminə İran və Azərbaycan tərəfləri ilə danışıqlara başlandı  Lakin danışıqlarına gedişatına Rusiya tərəfi bilərəkdən müdaxilə edir. Belə ki,  Rusiyanın dövlət enerji şirkətlərindən biri olan Qazprom 2008-ci ildə Azərbaycanda olan qaz ehtiyatlarının tamamını almaq üçün təkliflə çıxış etdi və Azərbaycan tərəfi bununla razılaşmadı. Rusiyanın prezidenti Vladimir Putin Nabukko layihəsinə münasibətdə: " Yerə dəmir-dümür basdırmaqla deyil, onun içini doldurmağa da qaz lazımdı." Digər tərəfdən Rusiya digər "Nord Stream" və "South Stream" layihələri alternativ enerji layihələrini irəli sürdü. Qazpromun bu layihələri Nabukko ilə müqayisədə daha səmərəli və ucuz başa gəlirdi. Lakin bu enerji mənbələrinin diversifikasiyası yox, sırf Rusiyanın enerji monopoliyasını daha möhkəmləndirəcək idi. Bu səbəbdən Rusiya maraqlarını zidd olmayan və Avropanın qaz asıllığının , daha efektiv bir layihəyə ehtiyac duyulurdu. Sırf bu səbəbdən 2003-cü ildə İsveçrənin EGL Qrup (hazırki, AXPO) şirkəti Trans Adriatik layihəsi irəli sürdü.

Nəticə etibarilə, konsorsiumda TANAP layihəsinə üstünlük verilməsi həm Azərbaycanın  həm digər enerji ixracatçı dövlətlərlə münasibətlərinə xələl gətirməyəcək, həm də, Avropa Birliyində yaranan  enerji qıtlığını aradan qaldıracaq. Azərbaycan Avropa enerji bazarında öz mövqeyini möhkəmlətməklə iki tərəfli münasibətlərin inkişafını daha sürətləndirəcək. Eyni zamanda, iqtisadi cəhətdən ağır vəziyyətdə olan  tranzit ölkələrdə bu layihələrdən geniş yararlanacaqlar.




No comments:

Post a Comment