Total Pageviews

Friday, March 15, 2013

Şimon Peres suriyalıların dərdini çəkir...

Israel president Simon Peres suriyalıların derdini çəkir. O bildirdi ki," Ərəb liqası Suriyaya müdaxilə etməli və onun öz əhalisi, uşaqları qırmağına müdaxilə etməlidir. Bunu Avropalılar etsə heç də arzuolunmaz hal olardı. Ərəb liqası BMT-nin "mavidəbilqəli" adı altında ərəb qüvvələri yaradılmalıdı." Şimon Peres bu təklifini çox yüksək qiymətləndirirəm. Amma bu təklifi daha əvvəl heç prezident olmamışdan əvvəl hələ 2000-ci ildən etsə idi, (http://www.ifamericansknew.org/stats/deaths.html) hazırda 12,000 insan fələstindən və təqribən 800 nəfərdə İsraeldən həlak olmazdı..... Buradan belə qənaət gəlmək olar ki, İsraeldə bu vətəndaş müharibəsindən əziyyət çəkir. Belə ki, ABŞ və İsrael tərəfi müxalifətçiləri Türkiyə və Qatar və Suriyanın Rusiya tərəfindəni silahlandırmaları öz bəhrəsini versə də, xərclərini gözləniləni aşması İsrael tərəfini də narahat edir. İsrael hökuməti regionda stabilliyin bərpasında maraqlı olduğu qədər Bəşər Əsədin hakimiyyətdən getməsi istəyir. Təbii ki, bu da öz növbəsində Rusiya ilə ziddiyyətlərin yaranmağına gətirib. Bu baxımdan məsələnin tez həll olması müxalifətçilərin xeyrinə İsraelin əsas məqsədləri arasındadır. 
İki ildən artıq davam edən bu müharibə ancaq onda maraqlı olan xarici qüvvələrə sərf edir. Bəşər Əsəd isə istefaya getməsi labüddür. Əks halda, sonu digərlərindən fərqli olmayacaq.

No comments:

Post a Comment